banner
banner

Gündəm

Binanın yanması Xaləddin İskəndərovu bitirə bilər - 15 nəfərin ölümünə görə

Binanın yanması Xaləddin İskəndərovu bitirə bilər -

Bakıda binaların keyfiyyətsiz üzlənməsi səbəbindən artıq ikinci bina da alışaraq külə döndü. Bu ilin 11 aprelində Xətai rayonunda baş verən yanğın binaların üzlüyünə daş əvəzi vurulan materialların nə qədər təhlükəli olmasından xəbər verdi. Ancaq maraqlıdır ki, hətta həmin SOS siqnalı da, bu işə məhsul olan şəxslər üçün yetərli olmadı. Əksinə, binaların sintetik materiallarla üzlənməsi davam etdirildi.

Aparılan araşdırmalar göstərir ki, binaların ən çox təhlükəli materialla üzlənməsi Binəqədi rayonunda aparılıb. Bu da nəticə, ikinci bina məhz Binəqədidə yandı və fəsadı daha faciəli oldu. Rəsmi qurumlar ölən və yaralananların olduğunu bildirir. Hadisə yerində olan Strateq.az-ın əməkdaşı bildirir ki, baş prokuror Zakir Qaralov binada baş verən yanğının ilkin səbəbini üzlük örtüyünün lazımı keyfiyyətdə olmaması ilə əlaqələndirib:“Yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.

Bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.

Artıq bu açıqlama bəzi rəsmilər üçün ciddi siqnal sayıla bilər. Tikinti sektorunda gedən proseslərdən kifayət qədər məlumatlı şəxslərin Strateq.az-a verdiyi informasiyaya görə, binaların sintetiq materiallarla üzlənməsinin başlıca təşəbbüskarlarından biri də məhz Binəqədinin icra başçısı Xaləddin İskəndərov olub. Hər halda, “Təmiz Binəqədi” devizi adı altında köhnə binaların təhlükəli materialla üzlənməsinə Binəqədinin liderlik etməsi bu versiyanı inandırıcı edir və böyük ehtimalla bu, Xaləddin İskəndərovu bitirəcək səbəb olacaq. Xaləddin İskəndərovun penoplasa olan məhəbbətinin əsl səbəbini araşdırmağa çalışacayıq…

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.