Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.
Cia.az SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Bərdə rayonunun Cəyirli, Gərənə, Divanlı, Kürəli və Qarabağlı, Gədəbəy rayonun Zəhmət, Xarxatan və Moruqlu, Şəmkir rayonun Morul, Sərxan, Qasımalılar, Şəhidlər və Çənlibel kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bərdə şəhərinin və Şabran rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.