ANS TV bu gün Azadlıq prospekti 189 ünvanında yerləşən binada baş vermiş faciəvi hadisə ilə bağlı efirində dəyişiklik edib.
Bununla əlaqədar efirə gedəcək bütün əyləncəli verilişlərinin yayımı dayandırılıb. O cümlədən ANS TV və "M qrup production"ın birgə məhsulu olan “Maşın” realiti-şou ilə bağlı qərar qəbul edilib. "Xəbərçi" informasiya buraxılışında M.Dadaşov bu haqda danışıb:
- Murad bəy qərarınız nə oldu?
- Mən düşünürəm ki, belə bir gündə başqa bir qərar verilə bilməzdi. Eyni zamanda bu həm ANS kanalının bu məsləyə öz münasibətidir. Eləcə də "M qrup Production" olaraq da biz başqa bir qərar verə bilməzdik. Biz “Maşın” reailiti-şou tarixində ilk dəfədir ki, efirə çıxmırıq. Buna səbəb isə baş vermiş məlum hadisədir. Mən həm öz adımdan, həm pradakşının əməkdaşları, həm də şonun iştirakçıları adından dünyasını dəyişmiş şəxslərin ailələrinə başsağlığı verirəm. Bu bizim üçün ağır bir xəbər oldu. Eyni zamanda bu xəbər bizim hamımızı çox sarsıtdı. Bir vətəndaş olaraq çox istərdim ki, bu səbəb bizi əksinə birləşdirsin. Necə ki, bu gün həm ANS, həm də "M qrup production" birlikdə qərarını verdilər.
Xüsusilə sosial şəbəkələrdə bu məsələ müzakirə olunur. Mən istəməzdim ki, bu məsələ böyük bir narazılığa və insanlar arasında bir çəkişməyə səbəb olsun. Bir daha qeyd edirəm ki, bu çox ağır bir xəbərdir. Özəliklə də bu xəbərin ağırlığı ondan ibarətdir ki, hadisə zamanı azyaşlı uşaqlar dünyasını dəyişdilər. Məhz insan saxtakarlığı və işə məsuliyyətsizlik belə bir nəticəyə gətirib çıxartdı. Əminəm ki, bütün xalqın istəyi ilə dövlət başçısı bu məsələyə dərhal münasibət bildirib və biz haqq-ədalətin bərqərar olacağını əminliklə söyləyə bilərik. Bu hadisə bizi bu ağır günlərdə birləşdirir.
- Hər halda bu gün biz bunu müşayiət etdik. İstər Fövqəladə Hallar Nazirliyi, istər Daxili İşlər Nazirliyi, istərsə də digər qurumların əməkdaşlarının işində bu birliyi bir daha gördük.
- Sizin fikrinizlə tam razıyam. Hətta belə bir vaxtda Fövqəladə Hallar Nazirliyi Kəmalləddin Heydərov səfərini təxirə salaraq vətənə dönüb. İstəyirəm ki, xalqımız bu anlarda xüsusi birlik nümayiş etdirsin. Mən çox sevinrəm ki, dövlət qurumları, başda cənab prezident olmaqla xalqın yanındadır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.