Hərbi xidmətə gedən şəxsləri ən çox narahat edən məsələlərdən biri iş yerlərinin aqibətidir. Onlar geri qayıtdıqdan sonra əvvəlki işlərinə dönə biləcəklərmi sualı ilə üz-üzə qalırlar. Bu isə həm dövlət, həm də özəl sektorda çalışanlar üçün aktuallığını qoruyur.
Hərbi ekspert Tərlan Eyvazov metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunvericilikdə tənzimlənib:
"Belə ki, hər hansı bir şəxs həqiqi hərbi xidmətə gedirsə, onun işlədiyi yerdə vəzifəsi saxlanılmalıdır. Ona əmək haqqı verilməsə də, qanuna uyğun olaraq həmin müddətdə dövlət tərəfindən təminatlar verilir. Əgər subaydırsa, müəyyən məvaciblə, evlidirsə, uşaqlarının sayına uyğun olaraq dövlət tərəfindən müavinət verilir".
T.Eyvazov qeyd edib ki, istər dövlət qulluğunda, istərsə də qeyri-dövlət sektorunda çalışmasından asılı olmayaraq, iş yeri saxlanılmalı və şəxs xidmətini başa vurduqdan sonra yenidən həmin iş yerində fəaliyyətini davam etdirməlidir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.