banner
banner

Gündəm

Bir neçə nəfəri xilas etdi, amma... - FOTO

Bir neçə nəfəri xilas etdi, amma... -

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Yanğından Mühafizə Hissəsinin əməkdaşları sakinləri xilas edilməsi üçün böyük şücaət göstəriblər.
Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğlu bir neçə nəfəri alovun cəngindən xilas etsə də, nəticədə özü də zəhərlənmiş, yüngül bədən xəsarəti alıb.

Tibbi müdaxilədən sonra Şahverdiyev Xətai evə buraxılıb. Hazırda baş leytenantın səhhəti üçün heç bir təhlükə yoxdur və o özünü yaxşı hiss edir.

Bu haqda sosial şəbəkədə onun atası Şahverdiyev Akif xəbər verib. Ata oğlunun səhhəti ilə bağlı narahatlıq keçirənlərə təşşəkkürünü bildirməklə yanaşı rəhmətə gedənlərə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, məlum hadisə ilə bağlı ANS telekanalında verilən süjetdə qohumları onun da yaralandığını görərək narahatlıq hissi keçiriblər.



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.