Yanğın baş verər-verməz ağıla gələn suallardan biri də artıq paytaxtda 3-cü dəfə təkrarlanan eyni tipli hadisənin hansı səbəbdən baş verməsi idi. Sözsüz ki, fasadların üzlənməsində istifadə olunan material buna səbəb göstərilir. Açılan cinayət işinə uyğun olaraq binanın fasadında istifadə olunan üzlüyün istehsalçısı “Global Construction” şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Bakıda yanğına və çoxsaylı insan ölümünə səbəb olan üzlükləri istehsal edən “Global Stoun” şirkətidir. Hazırda polis həmin şirkətdə axtarışlar aparır. “Global Stoun” “Global Construction” şirkətinin tərkibində fəaliyyət göstərir və onun rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Şirkətin Ağasadıq Gəraybəyli küçəsi 23 a ünvanında yerləşən ofisi polis nəzarətindədir. Hadisə şahidləri bildirdilər ki, yanğından sonra hüquq-mühafizə orqanları əməkdaşları şirkətə gələrək lazımi materialları müsadirə edib, şirkət rəhbərini saxlayıblar.
“Global Construction” üzlük materalları istehsalı ilə məşğul olan şirkətdir. Bu fasadların hazırlanması zamanı “poliuretan” maddəsindən istifadə edildiyi deyilir. Hansı ki, bu kimyəvi maddə yanan zaman ətrafa zəhərli qazlar buraxır, bu da ölümcül olur.
Bu gün Binəqədi rayon Azadalıq prosektində 200/36 saylı binada çoxsaylı insan ölümü təsadüfi deyildi.
Yanğına səbəb olduğu deyilən üzlük materialının tərkibinin böyük bir hissəsini kimyəvi maddələr təşkil edir. Bəzi məlumatlar görə, təxminən 97 faiz qaz kürəciklərindən ibarətdir, xırda bir qığılcım kifayətdir ki, yanğın yaşayaş binasını əhatəyə alsın.
Bu son günlər Bakıda baş verən ikinci oxşar hadisədir. Xətai rayon ərazisində də binanı bir anın içində alov bürümüşdü.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.