Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moskva şəhərinin meri Sergey Sobyanin "Teleqram" kanalındakı səhifəsində Rusiyanın Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemlərinin paytaxtı hədəfə alan daha üç dronu vurduğunu bildirib. Mer dronların qalıqlarının yerə düşdüyünü, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının çalışdıqlarını bildirib. Bundan başqa, Rusiyanın Müdafiə Nazirliyi iyulun 17-də axşam saat 21.00-23.00 radələrində HHM qüvvələri tərəfindən Ukraynaya məxsus 22 ədəd təyyarə tipli PUA-nın vurulduğunu bəyan edib.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.