banner
banner

Təhsİl

“Tapançalı direktor”un məktəbindən şikayət

“Tapançalı direktor”un məktəbindən şikayət

Bakı şəhəri 249 saylı tam orta məktəbdə dərs saatlarının bölüşdürülməsi ilə bağlı ciddi narazılıq yaranıb.

Cia.az xəbər verir ki, bir qrup müəllim məktəbin direktoru Kəmalə Şıxlinskayanın adından onlara dərs saatı verilməsi üçün qeyri-rəsmi şəkildə pul tələb edildiyini iddia edir.

Müəllimlərin sözlərinə görə, dərs bölgüsü zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulur, saatların bölüşdürülməsində əsas meyar kimi maddi maraqlar və şəxsi dostluq əlaqələri əsas götürülür. Bildirilir ki, direktor bu tələbləri birbaşa deyil, yaxın ətrafı vasitəsilə həyata keçirir.

Qeyd edək ki, sözügedən məktəbin direktoru bir müddət əvvəl tapançalı fotosu ilə sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olmuşdu. Kəmalə Şıxlinskaya eyni zamanda 249 nömrəli məktəbdə maskalı manyakın peyda olması ilə bağlı yayılan səs yazısı ilə bağlı gündəmə gəlmişdi.

Editor.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.