banner
banner

Sİyasət

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq — FƏRMAN

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq — FƏRMAN

Prezident fərmanı ilə “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər” siyahısında dəyişiklik edilib.

Cia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Yeni fərmana əsasən, siyahının 18-ci hissəsi ləğv olunub.

Eyni zamanda, 19-1-ci hissə yeni redaksiyada təqdim edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə aşağıdakı şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq:

Nazirliyin müstəqil şöbələrinin müdirləri;

Nazirliyin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri;

Nazirliyin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru.

Qeyd edək ki, bu dəyişikliklər 2019-cu ildən qüvvədə olan əsas sənədə edilən növbəti əlavələrdəndir və aidiyyəti üzrə hüquqi və inzibati təminatlara təsir göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.