Yaşayış binasında baş verən güclü yanğın zamanı xəsarət alan şəxslərin biri dünyanısını dəyişib.
Bakının Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir qadın dünyasını dəyişib.
Məlumata görə, bu, 1947-ci il təvəllüdlü Elmira Yəhyayevadır.
Hadisə vaxtı tüstüdən boğulma diaqnozu qoyulan yaralıların böyük əksəriyyəti 1 Saylı Şəhər Xəstəxanasının Toksikologya şöbəsinə yerləşdirilmişdi. Şöbə müdiri Azər Maqsudovun verdiyi məlumata görə, həmin vaxt tibb ocağına 33 xəstə daxil olub. Onlardan 20-si ilkin yardımdan sonra evə buraxılıb. Xəstələrdən biri isə bu gecə vəfat edib. Digər tibb ocaqlarında müalicə olunan xəstələrin vəziyyətinə gəlincə isə, onların bəzilərinin səhhəti normallaşsa da, bir neçəsi reanimasiya şöbələrində müalicəsini davam etdirir.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə, hadisə zamanı 50 nəfər müxtəlif xəsarətlər alaraq xəstaxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən axşam Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı hadisə zamanı 14 nəfərin dünyasını dəyişdiyini bildirmiş, gecə isə yaralılardan daha birinin ölməsi barədə xəbərlər yayılmışdı.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.