Bu institutlar birləşdirilir: İşçi qrupu yaradıldı
Azərbaycan Prezidentinin "Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Cia.az xəbər verir ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları - yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən tam yeni 2 elmi müəssisə formalaşdırılacaq.
Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev tərəfindən sərəncamın icrasının təmin edilməsi barədə əmr imzalanmış, tədbirlər planı və işçi qrupu müəyyən edilib.
Qurumdan verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən hazırda həmin tədbirlər planına uyğun istiqamətdə işlər aparılır və müvafiq müzakirələr gedir.
Əlavə olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə yaradılan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti tədris ilində baş tutacaq ilk iclasında bu məsələ müzakirəyə qoyulacaq.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.