"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" - İTTİHAM VAR...
"Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində hər il mənasız və əsası olmayan müəyyən dəyişikliklər edilir. Amma bu il edilmiş dəyişikliyin birbaşa Emin Əmrullayevin cəmiyyətdə süni narazılıq yaratmaq kimi fəaliyyətində xüsusi bir irəliləyiş etdiyi il oldu".
Cia.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin işə qəbulu imtahanlarından sonra səsləndirilən narazılıqlardan danışarkən bildirdi.
"Hələ aprel-may aylarından bütün regional təhsil idarələri məktəblərdə olan bütün vakansiyaları Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim ediblər. İyun ayında bu vakansiyalar bir də dəqiqləşdirilib. Son anda müəllimlərin işə qəbulu müsabiqəsi imtahan bitdikdən sonra müəllimlərin nəticələrin yüksək olduğunu görən Emin Əmrullayev çox absurd bir tapşırıq verib ki, bütün vakansiyalar çıxarılsın".
Onun sözlərinə görə, regional təhsil idarələrinə tapşırıq verilib.
"Çətinlik olanda siz boynunuza götürün ki, biz vakansiyaaları verməmişik. Halbuki, təkrar edirəm, aprel-may aylarında vakansiyalar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilib. Elektron qaydada bütün regional təhsil idarələrində, iyun ayında bir də dəqiqləşdirmə aparılıb. Bilirsiniz, Təhsil İnstitunda direktor Elnur Əliyevdir, Emin Əmrullayevin ən yaxın dostu və iş ortağıdır. Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb. Ölkə üzrə texnologiyadan elə mənim tanıdığım onlarla məktəbdə vakansiyalar var. Ölkə üzrə cəmi yeddi vakansiya verilib".
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.