banner
banner

Dünya

İranda ata oğlunun qatilini edam zamanı bağışladı

İranda ata oğlunun qatilini edam zamanı bağışladı
İranda yaşayan Möhsün adlı 89 yaşlı fermerin bir neçə ay əvvəl oğlu qətlə yetirilib. Qatil İranın hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və o, edam cəzasına məhkum olunub.
Yerli mətbuatın yazdığına görə, edamın həyata keçirilməsi üçün hazırlıq işləri yekunlaşıb və qatil edam kürsüsünə çıxarılıb. Lakin gözlənilmədən Möhsün oğlunun qatilini bağışladığını deyərək edamın dayandırılmasını xahiş edib. O, kəndiri qatilin boğazından özü çıxarıb. Qatil isə əyilərək Möhsünün ayaqlarından öpüb.
İran qanunlarına görə, əgər qətlə yetirilənin valideyni qatili bağışlayırsa, onda edam uzun müddətə (15-20 il) azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.