Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin GÖRÜŞÜ OLDU
Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.
Cia.Az xəbər verir ki, bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.