Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib. ANS PRESS-in məlumatına görə, bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri, saytlar və telekanallar faciədən məlumat veriblər. Avropanın “Euronews”, RT və Rusiyanın “Rossiya” kanalları yanğın barədə sujetlər hazırlayıblar. Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia"səhifəsi də yaradılıb.
Xatırladaq ki, dəhşətli yanğın hadisəsi 19 may səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.