Cia.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ştatlara çağırışla müraciət edib. Kobaxidze Vaşinqtonun baş verənlərə marağının olmadığını nümayiş etdirmək üçün ABŞ Dövlət Departamentini oktabrın 4-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdini rəsmən pisləməyə çağırıb. Kobaxidze brifinq zamanı deyib: "Mənim ABŞ Dövlət Departamentinə çağırışım bundan ibarətdir: ölkədə hakimiyyət çevrilişi cəhdini açıq şəkildə qınasın, bununla da ABŞ-nin ölkəmizə qarşı belə bir niyyətinin olmadığını gürcü xalqına aydın şəkildə göstərsin".
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.