banner
banner

Gündəm

Xilaskarlar - FOTOLAR

Xilaskarlar -
Bu şəkillər dünənki yanğın panikasında, insanların çılğın və emosional durumda olduğu bir zamanda soyuqqanlılığını qorumağa çalışan peşəkarlar tərəfindən çəkilib.
Şəkildə görünənlər o anda kamera obyektivinə tuş gəldiklərinə fikir belə verməyiblər. Yəni bu, səmimi görüntülərdir, təbii pozalardır. Burada məqsəd şəkil çəkdirmək deyil, insan həyatı xilas etməkdir.
Bu balaca körpələri sinəsinə sıxıb alovdan, istidən, tüstüdən qurtarmağa çalışan insanlar öz insani borclarını yerinə yetirirlər. 
Əlbəttə, heç bir vicdanlı şəxs ölümün pəncəsində olan bu körpələrə laqeydcəsinə baxıb, başqa işin dalınca gedə bilməzdi.
Hər haldı nə yaxşı ki, vicdanlı insanlar var və onlar belə məqamlarda öz vicdanlarının səsinə qula asa bilirlər.
Biz bu insanları - körpələri xilas edən yanğınsöndürən və polisləri adbaad tanımırıq, hətta bu saat redaksiyanın qapısını açıb içəri girsələr belə tanımayacağıq. 
Onlar naməlum xilaskarlardır. Onlar bu hərəkəti ad üçün, mükafat üçün, şöhrət üşün etməyiblər. Elə bu şəkillərin qiyməti də ondadır. 
Keşkə daha çox adam xilas edə bilsəydilər. Keşkə hamımız heç olmasa ömrümüzdə bir dəfə bir insan həyatı xilas edə bilsəydik...
 






Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.