Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib.
Cia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndəriləcək.
Dövlət başçısının imzaladığı Fərmanla müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirəcək.
Cia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Türkiyə ilə Ermənistan sərhədlərinin açılacağına ümidvar olduğunu bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırılmasına görə, təşəkkür edib.
“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir.
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı lifli-optik rabitə xətlərinin tikintisi üzrə işlərin başa çatması 2026-cı ilin sonuna planlaşdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.