Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Cia.az xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Qasım-Jomart Tokayevə təqdim edildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirildi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir.
Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı lifli-optik rabitə xətlərinin tikintisi üzrə işlərin başa çatması 2026-cı ilin sonuna planlaşdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.
Prezident İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.
“Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” təsdiq edilib.