Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Cia.az xəbər verir ki, buna dair Prezident İlham Əliyev sərəncam imzalayıb.
Eyni zamanda, Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin təyin ediliblər.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.
Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində “niyə indi sualı” xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.
Cia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Türkiyə ilə Ermənistan sərhədlərinin açılacağına ümidvar olduğunu bildirib.