banner
banner

Gündəm

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - Foto

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - Foto

Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.

Cia.az Bakupost.az-a istinadən xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.

Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.

Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.

R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir. Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə “Şərəf” ordeni, 2018-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda suya da limit tətbiq ediləcək

Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu il amnistiya olacaqmı?

“Bu ilin sonuna amnistiya məsələsi hələ ki, nəzərdə tutulmayıb. Əks halda bununla bağlı hazırlıq işləri aparılardı. Hər halda belə hazırlıq işləri barəsində bilgim yoxdur”.