banner
banner

Mədənİyyət

Azərbaycanın məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycanın məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Cia.az APA-ya istinadən xəbər verir ki, bu barədə xalq artistinin oğlu məlumat verib.

O deyib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o qeyd edib.

Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: "Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

 


 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Fərhad Paşayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, tarzən, Ağdamın “Şur” ansamblının bədii rəhbəri Fərhad Paşayev vəfat edib.

Cabir İmanovun atası vəzifəli şəxs imiş - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bir neçə gün öncə idman zalında infarkt keçirərək vəfat edib. Onun ölümü aktyorun pərəstişkarları və ictimaiyyət arasında hüzünlə qarşılanıb.

Arif Babayev vəfat etdi

Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat edib.