banner
banner

İdman

5 ay əsir saxlanıldı - İndi “Qarabağ”ın oyununda hakim olacaq

5 ay əsir saxlanıldı - İndi “Qarabağ”ın oyununda hakim olacaq

UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimi Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub. 

Cia.az xəbər verir ki, ixtisasca hərbi həkim olan D.Kubriak müharibəyə könüllü qatılıb. 

Yaralılara kömək edən referi daha sonra ruslar tərəfindən əsir götürülüb. 5 ay saxlanıldıqdan sonra isə rusiyalı əsirlərlə dəyişdirilib. 

Kubriak indi isə Gənclər Liqasında hakimlik üçün Bakıya gəlir.

Qeyd edək ki, ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq. (Qafqazinfo)






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.