banner
banner

Gündəm

İndi Balakənə kim rəhbərlik edir? – Deputat da bilmir

İndi Balakənə kim rəhbərlik edir? – Deputat da bilmir

Şikayətlər əsasən vətəndaş qəbullarında olub. Eyni zamanda fərdi qaydada, köməkçim vasitəsi ilə çatdırıblar. İradlar daha çox məmur özbaşınalığı, şikayətlərə vaxtında baxılmaması, torpaq və iş problemləri ilə bağlı idi. Mən də aidiyyəti qaydada icra başçısının nəzərinə çatdırmışam. Müraciətin formasından, xarakterindən asılı olaraq, bəziləri həll olunub, bəziləri isə yox”.Bu sözləri “Yeni Sabah”a açıqlamasında Balakən rayonunun sabiq icra başçısı, hazırda Milli Məclisdə bu rayonu təmsil edən deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, hazırda icra başçısının vəzifələrinin müvəqqəti kimə həvalə olunması ilə bağlı məlumatı yoxdur: 

“Səhər bu hadisə ilə bağlı mətbuatda xəbərlər çıxan zaman köməkçimə bildirdim ki, rayon icra hakimiyyətindən kim varsa, əlaqə saxlasın. O, dedi ki, əlaqədə olduğu işçilərin telefonlarına zəng çatmır. Yəqin ki, bu keçirilən əməliyyatla bağlıdır.

İcra başçısının vəzifələrinin müvəqqəti kimə həvalə olunması ilə bağlı məndə konkret məlumat yoxdur”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayonunda keçirdiyi əməliyyat nəticəsində uzun illərdir rayona rəhbərlik edən icra başçısı İslam Rzayev, onun 3 müavini və rayonun baş memarı saxlanılıb. İcra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda suya da limit tətbiq ediləcək

Azərbaycanda kommunal xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Bu dəyişikliklər resursların daha səmərəli idarə olunmasına, istehlak mədəniyyətinin formalaşmasına və su ehtiyatlarının qorunmasına xidmət etməyi hədəfləyir. Elə bu kontekstdə həmin diferensial tariflərin nə zaman qüvvəyə minəcəyi məsələsi də aktuallaşır.

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu il amnistiya olacaqmı?

“Bu ilin sonuna amnistiya məsələsi hələ ki, nəzərdə tutulmayıb. Əks halda bununla bağlı hazırlıq işləri aparılardı. Hər halda belə hazırlıq işləri barəsində bilgim yoxdur”.