"İnsanlar yaşamaq istədikləri yeri özləri seçəcək":- Mer
"Binalar mühafizə altındadır. Bu hadisənin terror aktı olma ehtimalı da Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır". Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Günə Baxan"a müsahibəsində bildirib. O həmçinin qeyd edib ki, köçürülən yerlərdə hər cür şərait olacaq. "Evlər təmir olunacaq, mebellə təmin olunacaq. İnsanlar yaşamaq istədikləri yeri özləri seçəcək. İstəsələr koteclərdə, istəyənlər isə binalarda mənzillərlə təmin olunacaq. Onların övladları istədikləri məktəbə gedəcəklər və onlar məktəbə xüsusi avtobuslarla aparılıb gətiriləcək", - deyə icra başçısı bildirib.
Hacıbala Abutalıbov binaların üzlənməsi haqqında suala da cavab verib. Onun sözlərinə görə, binaların üzlənməsi haqqında qərar qəbul ediləcək. "Əgər yanğına səbəb məhz həmin material olarsa, bu zaman binaların həmin materialla üzlənməsi dayandırılacaq və onlar söküləcək. Onun əvəzinə yanmayan material, üzlük, ağ daşlardan istifadə ediləcək. Buna da yenə komissiya qərar verəcək. Əgər terror ehtimalı doğru çıxsa, yaxud da yanma səbəbi başqa olsa üzlüklər sökülməyəcək".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.