Misir Mərdanov yenidən nazir olmaq istəyir? - AÇIQLAMA
Mətbuatda sabiq təhsil naziri, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən professor Misir Mərdanovla bağlı iddialar yayılıb.
İddialara görə, guya o, elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inanır və professor nazir postuna özünü ən real namizəd sayır. Cia.az iddialara aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb.
Sabiq nazir saytımıza açıqlamasında bildirib ki, nazir postuna qayıtmaq arzusunda deyil:
"Mənə elə gəlir ki, bu iddialar böhtan xarakterlidir. Mənim belə arzu və istəyim ola bilməz. Mən hazırda öz işimin başındayam, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq çalışıram. Yenə deyirəm, bu iddialar böhtandır və camaatın başını qatmaq məqsədi daşıyır".
Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri postunda olub.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.