banner
banner

Gündəm

Ana, oğlu və qızı...- Hər üçü yanğında öldü

Ana, oğlu və qızı...-

Dünən Binəqədidə baş verən dəhşətli yanğından bir ailənin üç üzvü həlak olub. Elə gecədən sosial şəbəkə istifadəçiləri bacı-qardaşın (Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızı ( 20 yaş)) faciəvi ölümü ilə bağlı fikirlər paylaşırdılar. 

 

Daha sonra məlum oldu ki, təkcə Ülkərlə qardaşı Davud deyil, elə anaları Zülfiyyə Şirinova da yanğında ölüb. 

Ülkər Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi olub. Gənc qızın nişanlı olduğu deyilir və yaxınlarda toyu olacaqmış. Qonşuları bildirib ki, ailə yanan binaya təzə köçübmüş, kirayə qalırdılar. Bundan əvvəl isə qonşu binada yaşayırmışlar.

Eyvazov Davud isə 283 nömrəli məktəbin 10-cu sinif şagirdi idi. 

Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin dekanı Nazim Şəmilov Ülkərin faciəvi ölümü ilə bağlı açıqlama verib. O bildirib ki, Ülkər çox fəal tələbə olub: " Fakültəmizin Torpaqşünaslıq ixtisası üzrə 3-cü kurs, rus sektorunda oxuyan fəal tələbələrindən biri idi. Çox intizamlı, səliqəli tələbə idi. Avropa Oyunları könüllülərindən idi. Dünən onların imtahanı var idi. Ülkər könüllü olduğu üçün imtahandan azad olunmuşdu. O, könüllülərin baş ofisinə getməli idi. Tale elə gətirib ki, ora da getməyib". 

Qeyd edək ki, onların atası Hamir Eyvazovun vəfat etdiyi deyilsə də, yaxınları atalarının ailəsindən illər əvvəl ayrı, Sabirabadda yaşadığını bildiriblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.