banner
banner

Sosİal

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.

Cia.az  Oxu.Az-a istinadla xəbər verir ki, xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq.

Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Sözügedən nəqliyyat vasitəsi "BakuBus" MMC-yə məxsusdur.

Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.

Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.