Vergi Məcəlləsinə” gələn ildən “ƏDV gerial” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib.
Cia.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
"Yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV gerial” görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur. Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər.
Yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlkaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək", - V.Bayramov bildirib.
Son günlər bazarlarda feyxoa bolluğu müşahidə olunur. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə mövsümün ən çox satılan məhsullarından biridir.
Vergilər Məcəlləsinə edilən dəyişikliklər son günlər cəmiyyətin diqqət mərkəzindədir. Bəs bu dəyişikliklərin istehlak bazarına real təsirləri necə olacaq?
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan xarici ölkələrdən 29 min 594 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacaqları) idxal edib.