“cia.az” xəbər verir ki, Xətai rayonunda 25 yaşlı qadın sərxoş vəziyyətdə avtomobildə yatarkən ona məxsus “Jeep” markalı maşından 3000 manat oğurlanıb.O, hadisə barədə polisə məlumat verib. Aparılan araşdırmalarla cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı Mikayıl Quliyev müəyyən olunaraq saxlanılıb. O, qadının yolda yatmasından istifadə edərək oğurluğu törədib.
Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.
Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.