Balakəndə avtoxuliqanlıq edən və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücülər məsuliyyətə cəlb olunublar
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.