banner
banner

Sosİal

“2-ci Alatava” bağlandı

“2-ci Alatava” bağlandı

Bakıda “2-ci Alatava” küçəsi təmir işləri ilə əlaqədar bağlanıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Cıa.az verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri ilə əlaqədar 2-ci Alatava küçəsində bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Artıq küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdiriləcək, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçiriləcək.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır.

2-ci Alatava küçəsində təmit-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.