ANS ÇM 102 FM radiosu efirində dəyişiklik edib. Bu addım Binəqədi rayonu razisində yanan binada ölənlərin ruhuna hörmət olaraq atılıb. Bu kədərə şərik çıxan ANS ÇM radioyayımda dəyişiklik edərək dünəndən bütün şou verilişləri və müsabiqələri dayandırır.
Faciədə dünyasını dəyişənlərə rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyilə ANS ÇM 102 FM ailəsi...
Qeyd edək ki, ötən gün Bakının Binəqədi rayonunda hündürmərtəbəli binalardan birində güclü yanğın baş verib. Yanğın zamanı 15 nəfər ölüb, 56 nəfər yaralanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.