banner
banner

Mədənİyyət

Direktor əmr imzaladı - Məşhur aktrisa işdən çıxarıldı

Direktor əmr imzaladı - Məşhur aktrisa işdən çıxarıldı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın işdən çıxmaqla bağlı ərizəsi qəbul olunub.

Cia.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.

O bildirib ki, “AzDrama”nın direktoru İlham Əsgərov ərizəsinin üstünü yazıb: “Onun imzaladığı əmrlə rəsmi şəkildə işdən çıxarılmışam”.

Əməkdar artist bir neçə gün əvvəl işdən çıxmaqla bağlı ərizə yazmışdı.  

Qeyd edək ki, 58 yaşlı M.Xanlarova 1998-ci ildən Akademik Dövlət Milli Dram Teatrında çalışırdı. O, SSRİ Xalq artisti, müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.