banner
banner

Gündəm

MTN-dən yanğınla bağlı - AÇIQLAMA

MTN-dən yanğınla bağlı -

Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektindəki binada baş verən yanğın hadisəsi bütün Azərbaycanı sarsıtdı. Olay yerinə gələn Baş prokuror Zakir Qaralov ilkin ehtimal olaraq yanğına səbəb kimi binaya vurulan keyfiyyətsiz üzlüklərin olmasını göstərib.

Bir çoxları baş verən hadisədə Bakı şəhər İcra Hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini, Binəqədi rayonu İcra Hakimiyyətini günahlandırsa da, olayı iyunun 12-28-də tarixlərində Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına qarşı təxribat kimi dəyərləndirənlər də var.

Modern.az saytı məsələylə bağlı Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mövqe öyrənməyə çalışıb.

Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev açıqlamasında bildirib ki, hadisənin təxribat olub-olmadığı barədə ictimaiyyətə məlumat veriləcək: “Yanğın hadisəsinin təxribat olub-olmaması barədə yanğınla əlaqədar yaranan dövlət komissiyasının sədri açıqlama verəcək”.

Azərbaycan prezidenti İlham Əliyev baş vermiş hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur.

Daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə komissiyanın üzvləridir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.