banner
banner

Təhsİl

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil pillələrinin müddətinin azaldılması ilə bağlı müzakirələr artıq bir neçə ildir gündəmdədir. Növbəti dövrdə bakalavr təhsilinin 3 ilə, magistratura təhsilinin isə 1 ilə endirilməsi ilə bağlı qərarın qəbul olunması istisna edilmir.

Cia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda ali təhsil müddətinin azaldılması ilə bağlı qərarın Azərbaycana təsiri haqda danışarkən deyib.

“Bizdə də bakalavr pilləsində bir çox ixtisaslar üzrə təhsil müddəti 3 ilə, magistratura pilləsində isə 1 ilə qədər endirilsin. Ali təhsil müəssisələrində bəzi ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi və dərs müddətlərinin uzun olması təhsilin effektivliyinə mənfi təsir göstərir. Dərs yükünün azaldılması və yalnız ixtisasa uyğun fənlərin saxlanılması ilə təhsil müddətini qısaltmaq mümkündür”, - o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə 3 illik bakalavr təhsili kifayət qədər effektiv ola bilər:

“Qeyri-ixtisas fənləri çıxarmaqla, tələbələrə lazım olan bilikləri daha qısa müddətdə vermək mümkündür. Bu, dünya təcrübəsində geniş tətbiq olunur və effektivliyi də sübut edilib. Belə bir islahat həm bakalavr, həm də magistratura pilləsində təhsilin keyfiyyətinə, eləcə də hazırlanan kadrların əmək bazarına uyğunluğuna müsbət təsir göstərər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.