banner
banner

Təhsİl

Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı - Açıqlama

Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı - Açıqlama

Bakıda iki təhsil müəssisəsinə - 135 və 244 nömrəli məktəblərə bir şəxsin – Şəfa Qurbanovanın direktor təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Cia.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Şəfa Qurbanova 244 nömrəli məktəbə 3 ay müddətinə təyinat alıb.

“Bakı şəhəri 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən 3 ay müddətinə 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib”, - məlumatda vurğulanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.