Bakı meri Hacıbala Abutalıbov yanan binaya vurulan "penoplast"la bağlı daha bir açıqlama verib.
Mer jurnalistlərə açıqlamasında qeyd edib ki, FHN açıqlama versə ki, bina yaşayış üçün yararlıdır, binanı təmir edib sakinlərin istifadəsinə verəcəyik:
"Razılıq verilərsə, şənbə günü təmirə başlayacağıq. Hesab edirəm ki, iki aya təmir bitəcək. FHN binanın dayanaqlı olmaması haqda qərar versə, sözsüz ki bina söküləcək. Tezliklə yerində daha yaxşı bina tikiləcək. Hazırki binada 50 kvadratmetr evi olanlara biz yeni binadan 70 kvadratmetrlik məznil verəcəyik.
Hər bir ailə ilə bir-bir görüşmüşük. Onlara min manat kompensasiya verilib. Çoxu pulu alsa da, qohumlarınını evində qalmaq istədiyini bildirib və biz də bununla razılaşdıq. Çünki qohum evi onlara daha yaxşı və olar. Bu min manatlıq kompensasiya başqadır və ilk addımdır. Dövlət tərəfindən vəfat edənlərin yaxınlarına, yaralananlara və mənzildə xəsarət alanlara da bir dəfəlik müavinət veriləcək. Yanğınla bağlı ehtimallardan biri də üzlük material keyfiyyətsiz olmasıdır. Keyfiyyətsizdirsə, buna nəzərarət edənlər niyə baxmayıb? Tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb? Üç ildir ki, bu bina yanmır. Indi niyə birdn-birə yandı? Bu da sual doğurur. Bu materiallar Soçidə, Moskvada, ümumiyyətlə, bütün dünyada istifadə olunur. Amma xaricdə bu materialı bina divarına yapışdırırlar, bizdə isə aralı vurulub. Ona görə, boru kimi tam yanıb başa çatıb. Mən elmi fəaliyyətimlə əlaqədar 90-ci illərdə dəfələrlə xaricdə, Amerikadan Asiyaya qədər hər yerdə olmuşam. Onda bir arzum var idi, nə vaxt Bakı belə olacaq? İndi isə bu sözü "kaş bizim şəhərimiz də Bakı kimi təmiz olardı” xarici qonaqlar deyir".
Bakı meri bildirib ki, hər bir sakini dinləyib onların bütün problemlərini həll edəcək:
"Sakinlərə demişəm, hardan istəsəz kirayə ev tutun, pulu özüm verəcəm. Əgər bilsəm ki, mənim ölməyimlə yanğında vəfat edənlərdən biri geri qayıdacaq, mən bu dəqiqə ölməyə hazıram".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.