Ermənistan İranla strateji tərəfdaş olmağı planlaşdırır
Cia.az xəbər verir ki, Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin 25 dekabr tarixli iclasından sonra keçirilən mitinqdə belə bir açıqlama verib. Onun sözlərinə görə, Ermənistan ilə İran arasında münasibətlər çox yüksək səviyyədədir. Erməni mediasının məlumatına görə, Paşinyan deyib: "Bəli, biz İranla strateji əməkdaşlıq barəsində sənəd imzalamaq istəyirik". Hələ 2025-ci ilin fevral ayında İranın Ermənistandakı o zamankı səfiri Mehdi Sübhani İrəvanla Tehranın hərtərəfli strateji sənəd üzərində işlədiyini bildirmişdi. O, bu sənədin uzunmüddətli proqramları əhatə edə biləcəyini və nəticədə ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün lazımi şərait yaradacağını bəyan etmişdi.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.