4 ailəni xilas edən şəxs danışdı: “Onu tutmaq istəyəndə özünü pəncərədən atdı”
Binəqədi rayonunda yanan binada qəhrəmanlıq göstərən xilasedicilərin arasında sıravi vətəndaşlar da var. Onlar haqqında sosial şəbəkələrdə şəkillər paylaşılır, məlumatlar verilir. Həmin qəhrəmanlardan biri də 21 yaşlı Kamran Babayevdir. K.Babayev binadan 4 ailəni xilas edib. Ağsu sakinidir və Bakıdakı tikinti şirkətlərindən birində fəhlə kimi çalışır. Kamran məlum hadisədə gördüyü bütün işləri anbaan danışıb. O, işə gedərkən rastlaşdığı yanğın hadisəsindən 4 ailəni xilas etdiyini, bununla insanlıq borcunu yerinə yetirdiyini deyir: “Səhər işə gedirdim. Camaat yığışmışdı. Yaxına gələndə binanın yandığını gördüm. Yaxınlaşanda 2-ci mərtəbədən qışqırıq səsləri eşitdim. Qaçdım ki, binaya daxil olum. Gördüm 1-ci mərtəbə yanır. Yerdə nərdivan var idi. Götürüb liftin şüşəsini qırıb düşdüm şaxtaya. Gödəkcəmlə ağzımı bağladım. Trosdan yapışıb 2-ci mərtəbəyə qalxdım. Gördüm 2 uşaq ölüb. Onların meyitini liftin şaxtası ilə çıxartdım. Təzədən qayıdıb girdim binaya. 9-cu mərtəbəyə kimi qalxdım və 4 ailəni xilas etdim”.
K.Babayev deyir ki, 6-cı mərtəbəyə qalxanda artıq ayaqqabıları tamamilə yanıbmış: “6-cı mərtəbədə bacı-qardaş köməksiz qalmışdılar. Onları düşürdüm aşağı. Gördüm ki, ayaqlarım tamam yanıb. Çünki bir az əvvəl ayaqqabılarım alovdan yanmışdı, demək olar ki, ayaqyalın idim. Ona görə, yanğın birbaşa ayağıma təsir edirdi. Amma içəridən səslər gəlirdi deyə, yenə qayıtdım. 9-cu mərtəbəyə qalxdım. Bir evin qapısı bağlı idi. Təpiklə qırdım, girdim evə. Bir azyaşlı pəncərənin qabağında dayanmışdı. Arxadan tutub onu aşağı düşürmək istəyirdim. Amma mən çatana kimi uşaq özünü pəncərədən atdı. O anları sözlə ifadə etmək mümkünsüzdür”.
Kamran 10-cu mərtəbəyə də qalxmaq istədiyini, amma alovun imkan vermədiyini deyir:“Şaxta ilə aşağı düşəndə FHN işçiləri artıq gəlmişdi. Onları məni ərazidən uzaqlaşdırdılar”. Hadisə nəticəsində qəhrəmanımızın əlləri və ayaqları xəsarət alıb. Lakin ona hələ də tibbi yardım edilməyib: “Mən bununla insanlıq borcumu yerinə yetirmişəm. Hələ də heç bir tibbi yardım edilməyib. Heç kimdən kömək də istəmirəm. Gəzə bilirəm, bu mənim bəsimdir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.