banner
banner

Gündəm

Prezident sərt danışdı: “Bu məlumatlar ziddiyyət təşkil edir” - VİDEO

Prezident sərt danışdı:

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib. 
Cia.az xəbər verir ki, dövlət başçısı binaya baxış keçirdikdən sonra yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının lk iclasını keçirib.
Prezident yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. İlham Əliyev bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir:
“Onu da qeyd etməliyəm ki, hal-hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur və bəzi məlumatlara görə, 200-dən çoxdur və artıq dünəndən mən Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda ekspertiza dərhal keçirilsin. O materialalrın tərkibi dəqiq öyrənilsin. Və əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları çıxarılsın, sökülsün və beləliklə heç bir təklükə olmasın. Ancaq qeyd etməliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir də demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə də, burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq”. 

İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib:

“Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlər məmuru öz məsuliyyətini dərk etməlidir. Və bir də qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
Dövlət başçısının yanan binaya baş çəkməsi və iclasla bağlı hazırlanan videonu təqdim edirik:

 
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.