Şamaxı Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub.
Cia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentliyinin müvafiq əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyin olunub və eyni zamanda ona direktor vəzifəsinin icrası həvalə edilib.
Yeni təyin olunan rəhbər şəxs Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən kollektivə təqdim edilib.
Qeyd edək ki, V.Müslümov sonuncu təyinata qədər Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.