banner
banner

Sosİal

Gecə işıqlar niyə söndürüldü?

Gecə işıqlar niyə söndürüldü?

Bakının Binəqədi rayonunda baş vermiş yanğından sonra dünən gecə şəhərin bir çox yerlərində yanğına həssas materiallarla üzlənən binaların fasadlarında işıqlandırma sistemləri söndürülüb.
Yasamal, Binəqədi, Xətai, Nərimanov rayonlarında tez alışan üzlüklü binalarda, daha doğrusu binaların çöl hissəsində əvvəlki günlərdən fərqli olaraq bütün işıqlar söndürülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ANS PRESS-ə verdiyi açıqlamasında bunun yanğınla əlaqədar olmadığını qeyd edib.
“Ola bilər bəzi yerlərdə elektriklə bağlı hansısa probləmə görə işıqlar söndürülsün. Ancaq şəhərin əksər yerlərində binaların fasadlarında olan işıqlandırma sistemləri işləyir”, - deyə Nailə Məmmədova bildirib.

Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.