banner
banner

Gündəm

Hacı İbrahimlə bağlı ən son xəbər – “Avesta”dan təkzib

Hacı İbrahimlə bağlı ən son xəbər –
“Avesta” konserni Hacı İbrahim Nehrəmlinin Gəncə aeroportundan istifadə etməklə, ölkə xaricinə çıxmaq təşəbbüsü göstərərkən saxlanıldığı barədə  mediada gedən xəbərləri təkzib edib.
Konserndən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil, konsernin rəhbəri Hacı İbrahim Nehrəmli ölkə xaricinə getmək istəməyib.
Konserndən onu da bildiriblər ki, hazırda Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaqla bağlı öhdəlik götürüb.
“Avesta”dan verilən məlumata görə, həmin kreditlərin qaytarılması üçün nəzərdə tutulan müddət 2019-cu ildə başa çatır: “Buna baxmayaraq, Hacı İbrahim Nehrəmli banka borclu olduğu kreditin yaxın 2-3 ay ərzində qaytarılması üçün öhdəlik götürüb və hazırda bu istiqamətdə çalışır”. 
Qeyd edək ki, ölkənin ən iri sahibkarlardan biri olan Hacı İbrahim Nehrəmli bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılaraq saatlarla dindirilib. Sonra sərbəst buraxılıb. Üç gün öncə isə onu yenidən həmin idarəyə gətirildiyi və hələ də orda saxlandığı haqda mediada xəbər yayılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.