Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
Cia.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.
Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulanıb.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.