banner
banner

Gündəm

3 yaşlı Fərəhin anasının - ölüm xəbəri yalan çıxdı

3 yaşlı Fərəhin anasının -

Baş vermiş yanğında dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmovanın ölüm xəbəri yalan çıxıb. 
1 saylı şəhər Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında faciə nəticəsində ağır xəsarət alan G.Məhərrəmovanın pulmonoloqlar tərəfindən yoxlanılacağını deyib. 
2 gün öncə Binəqədi rayonunda 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın faciəsindən sonra 12 nəfərin Kliniki Tibbi Mərkəzə köçürüldüyünü deyən Azər Maqsudov bildirib ki, 1 nəfər bu gün evə buraxılacaq: 

“Hazırda 5 nəfərin vəziyyəti ağır olaraq qalır. 1983-cü il təvəllüdlü Səbinə Manafova isə bu gün evə buraxılacaq. Digər xəstələr isə bu gün pulmonoloqlar tərəfindən yoxlanılacaq və müalicənin sonrakı gedişi müəyyənləşdiriləcək. Yanğında dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmovanın vəziyyəti də hələ ki, stabil olaraq qalır”. 

Qeyd edək ki, bu gün səhər saatlarında “İnstagram”da Günay Məhərrəmovanın vəfat etdiyi barədə yalan məlumatlar yerləşdirilib. Bu məsələyə münasibət bildirən Azər Maqsudov deyib ki, insanlar belə vəziyyətlərdə hərəkətlərinə diqqət etməlidirlər: 

“Burada yatan xəstələr haqqında neqativ fikir söyləməklə onlara daha çox zərbə vurarlar. Bu da onların müalicəsinə yaxşı təsir etməz. Ona görə diqqətli olmaq lazımdır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.