İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama
Martın 9-da və 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduqları məlum olub.
“Cia.az” xəbər verir ki, bu cür qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-a bildirib ki, bu, xüsusi və geniş yayılmış bir problem deyil: “Açığı, elə də ciddi məsələ deyil. Sadəcə olaraq, sən karandaşla və ya qələmlə verilən dairəni qaralayırsan. Skaner sistemi belə işləyir: əgər dairə düzgün şəkildə qaralanıbsa, cavabı oxuyur, onu düzgün və ya səhv kimi qeydə alır. Əgər dairə qaralanmayıbsa, sistem onu oxumur. Dairənin necə qaralanmalı olduğu da hər bir iştirakçının cavab kartında nümunə kimi göstərilir. Yəni abituriyentə dairəni necə doldurmalı olması əvvəlcədən izah edilir. Qaydalarda qeyd olunub ki, imtahan iştirakçısı cavab kartındakı dairəni sadə karandaşla və ya diyircəkli qələmlə (qara/göy) tam şəkildə qaralamalıdır. Məsələ bununla bitir”.
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı rəsmi məlumata görə, nəticələrin imtahandan sonra təxminən yeddi həftə ərzində açıqlanması nəzərdə tutulur. Bu isə aprelin sonu və mayın əvvəlinə təsadüf edir.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.