banner
banner

Sİyasət

SON DƏQİQƏ: Ərdoğan Trampla DANIŞDI

SON DƏQİQƏ: Ərdoğan Trampla DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.

Cia.az "Haber Global"a istinadən xəbər verir ki, görüşdə İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, bölgədəki son proseslər müzakirə edilib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, liderlər ötən gecədən etibarən qüvvəyə minən atəşkəs və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ərdoğan bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 günlük dövrün ardından yaranan iki həftəlik fürsət pəncərəsinin çox vacib olduğunu vurğulayıb.

O, bu müddətin qalıcı sülh sazişi üçün səmərəli qiymətləndirilməsinin və prosesin pozulmasına imkan verilməməsinin vacibliyini qeyd edib.

Ərdoğan həmçinin Pakistan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə həyata keçirilən həll səylərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini xüsusi vurğulayıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident yeni səfiri qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Prezident bu şəxsləri TƏLTİF ETDİ

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

İlham Əliyev bu sənədi təsdiqlədi

"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

Prezident FƏRMAN imzaladı

Prezident İlham Əliyev “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsi barədə” 17 mart 2026-cı il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.