banner
banner

Sİyasət

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev rayon (şəhər) və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Publika.az xəbər verir ki, Fərmana əsasən, 2017-ci il 3 may tarixli əsas siyahıda əmlak məsələləri ilə bağlı səlahiyyətli tərəf və vəzifəli şəxslərin adları yenidən müəyyən edilib. Bu, ölkədə həyata keçirilən institusional islahatlar çərçivəsində bəzi qurumların strukturunun dəyişdirilməsi ilə əlaqədardır.

Dəyişikliyə əsasən, əvvəllər ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin adından çıxış edən şəxslərin yerinə, artıq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində aşağıdakı vəzifəli şəxslər protokol tərtib edə biləcəklər:

Xidmətin rəisi və onun müavinləri;

Aparatın rəhbəri və onun müavini;

Şöbə müdirləri və onların müavinləri;

Xidmətin ərazi şöbələrinin rəhbərliyi.

Bundan başqa, siyahıya Xidmətin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin vəzifəli şəxsləri də əlavə edilib. Artıq həmin qurumun İdarə Heyətinin sədri və müavinləri, departament rəhbərləri və müavinləri, ərazi idarələrinin rəisləri və onların müavinləri inzibati xətalar üzrə protokol tərtib etmək hüququna malikdirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.