banner
banner

Gündəm

Mətanət bu formada üzr istədi- növbəti rəzalət+Video

Mətanət bu formada üzr istədi-

“Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva bugünkü verilişində gündəm yaradan fikirlərindən danışıb. 

Aparıcı onun sözlərinin düzgün yozulmadığını bildirib:

“Mən balaca uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da  məndən küsəndə ondan üzr istəyirəm. Bəzi insanlar faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimlə onlarda qıcıq yaratdılar. Əlbəttə buna dəyməzdi. Mən gərək fikir verərdim ki, nə edirəm, nöqtəmi harda qoyuram”.

Mətanət Əliverdiyeva faciə qurbanlarından bu formada üzr istəyib:

“Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa... Mənim sözümü yozub üzə çıxaran bəzi savadsız insanların yerinə onlardan üzr istəyirəm”.

Qeyd edək ki, Mətanət Əliverdiyeva ötən gün səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərinə görə ictimai qınaq obyektinə çevrilib.

Video: atv.az.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.